Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:48

NATO 26 Pakistan əsgərinin ölümüylə nəticələnmiş insidenti təsdiqləyib


Əfqanıstan-Pakistan sərhədində 26 əsgərin ölümüylə nəticələnmiş insidenti NATO vertolyotu törədib.

Bu barədə NATO komandanlığının yaydığı rəsmi bəyanatda bildirilir.

Təşkilatın nümayəndəsi bildirib ki, vertolyot həmin vaxt Mohmand əyalətində hərbi tapşırığı yerinə yetirirmiş.

Ölənlərin hamısı Pakistan əsgəridir.

Koalisiya qüvvələrinin baş komandanı amerikalı general Cohn Allen ölənlərin ailələrinə başsağlığı verib.

Pakistan buna görə Əfqanıstandakı NATO qüvvələrinin öz ərazisindən təhcizatını
dayandırıb, cavabdehlərin cəzalandırılmasını tələb edib.
XS
SM
MD
LG