Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Jalə. İtmə sarı dumanda...


İtmə sarı dumanda…

gəldi yenə?
fikir vermə,
olan işdi…

çalış,
özünü tox tutasan,
düz gözlərinin içinə bax,
arada könlünü alırmış kimi
əllərini tut çatdığı tonqallara –
guya isinirsən,
guya gözləyirsən,
guya bilirsən
gözünün kökü niyə saralıb…

qorxma,
sirr verməz heç kimə,
danış ona yay macəralarını
güləcək çiskin-çiskin…
ya da
qızaracaq utandığından,
qurub-quraşdırdıqlarından..

bəlkə də hirsləndi,
əsib-coşdu,
vıyıldadı,
uğuldadı
beynində,
qulaqlarında..

bax,
nə edir-etsin
çevrilib getmə,
itmə..
bu sarı dumanda itən tapılmır..

çox üşüyər,
çox titrəyər,
çox istəyər unudulmamağı
intihar edər birdən
onu qoyma özüylə tək qalsın..

…yaxşı,
şeirin içinə
“payız” sözü də ataq
bir az
romantik olsun…

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG