Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:50

Ərəb Dövlətləri Lİqası Suriyaya qarşı sanksiyaları müzakirə edir


Ərəb Dövlətləri Liqası ölkələrinin xarici işlər nazirləri şənbə günü Qahirədə Suriyaya qarşı iqtisadi sanksiyaları müzakirə edirlər.

Liqanın xarici müşahidəçilərinin ölkəyə buraxılmasıyla bağlı Suriya hakimiyyətinə verdiyi vaxt artıq başa çatıb.

Bu sanksiyalarda xüsusilə Suriya ilə ticarət əlaqələrinin məhdudlaşdırılması, kommersiya reyslərinin kəsiməsi və bu ölkənin mərkəzi bankıyla maliyyə əməliyyatlarının dayandırılması nəzərdə tutulur.

Rusiya bu sanksiyalara qarşı çıxır.

Türkiyə isə əksinə, Ərəb Dövlətləri Liqasının hərəkətini dəstəkləyib.

Yerli fəalların məlumatına görə, cümə günü paytaxt Dəməşqdə daha 6 dinc sakin öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG