Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 19:03

Pakistan NATO qüvvələrinin təhcizatını dayandırıb

Pakistan Əfqanıstandakı NATO qüvvələrinin ərazisindən təhcizatını dayandırıb.

Qərar NATO-nun hava zərbəsi nəticəsində 25 Pakistan əsgərinin ölümündən sonra qəbul edilib.

Zərbə şənbə günü sübh teztən Əfqanıstanla sərhəddəki nəzarət-buraxılış məntəqəsinə endirilib.

NATO komandanlığı insidentin araşdırıldığını deyir.

Ötən il bu cür səhv nəticəsində 2 Pakistan əsgəri ölmüş və Pakistan həmin vaxt NATO qüvvələrinin təhcizatını müvəqqəti dayandırmışdı.
This item is part of
XS
SM
MD
LG