Keçid linkləri

2026, 04 Mart, çərşənbə, Bakı vaxtı 23:35

Qulu Ağsəs. Dağa bax, sən allah...

Dağa bax, sən allah,
nə gündədi:
Ayağı ayağına dolaşan
beş-altı ağacdı,
qozbel torpağı
balatası qaçmış kündədi…
Dili yoxdu-
ildırım vuranda çığıra,
pulu yoxdu-
özünə lift çəkdirə,
dərəni qonaq çağıra…
XS
SM
MD
LG