Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:25

Qəbələ RLS ABŞ-a qarşı, Avropa pulunun Azərbaycandan getməsi...


Foto: Arxiv
Foto: Arxiv
«Ayna» qəzeti Qəbələ Radiolokasiya Stansiyasından yazır. «Qəbələ RLS: milli təhlükəsizliyə təhdid» başlıqlı yazıda sual olunur: «Rəsmi Bakı qaranlıq məsələlər fonunda Rusiya ilə sövdələşməyə gedir?».

«Yeni Müsavat» qəzeti isə yazır ki, «Qəbələ RLS ABŞ-a qarşı yönəlir». Məqalədə deyilir ki, prezident Medvedevin əmrindən sonra hərbi komandanlıq stansiyanı NATO ölkələrini izləmək üçün hazırlayır.

«Exo» qəzeti yazır ki, «Avropa pulu Azərbaycandan gedə bilər»:

«Avropa dünya iqtisadiyyatında əsas mərkəzlərindən biridir. Bu baxımdan Avropa Birliyindəki böhranın nəticəsi bütün dünyadakı proseslərdən, o cümlədən Azərbaycan dan da yan keçməyəcək».

«Azərbaycan» qəzeti Böyük Britaniyanın sorğu şirkətinin İlham Əliyevlə bağlı Azərbaycanda keçirdiyi sorğudan bəhs edir. Yazıda qeyd olunur ki, «prezident İlham Əliyevə ölkə əhalisinin 95 faizi etimad edir, 96 faizi də onun siyasətini bəyənir».

«Azadlıq» qəzeti isə yazır ki, Britaniyanın «The independent» qəzetindəki məqalədə bu sorğu ilə bağlı ironik ifadələr, məqamlar yer alıb.

«Bizim yol» qəzetinin manşetindəki «Terror, yoxsa qəza?» başlıqlı yazıda noyabrın 24-də Bakıda magistral qaz kəmərinin partlamasından söz açılır.
XS
SM
MD
LG