Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Misirdə səsvermə 1 yox, 2 gün keçiriləcək

Misirin Ali Hərbi Şurası yaxın günlərdə keçirilməsi planlaşdırılan parlament seçkilərində səsvermə müddətini uzadıb.

Səsvermə planlaşdırıldığı kimi 1 yox, 2 gün çəkəcək, yəni noyabrın 28-də yox, 28-29-da keçiriləcək.

Seçki Komissiyasının rəhbəri Abdel Moaz Ibrahim deyib ki, bu, daha çox insanın səs verə bilməsi üçün vacibdir. (MENA)

Liberal müxalifət seçkinin təxirə salınmasına çağırır, islamçı partiyalar isə seçkinin hakimiyyətin təyin etdiyi qrafik üzrə keçirilməsinə razıdırlar.
This item is part of
XS
SM
MD
LG