Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 17:25

Azərbaycan hökumətində 887 boş vəzifə var



Azərbaycanda boş vəzifələrə test imtahanı keçirilir.
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 97 dövlət orqanında 887 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

887 boş yerə təxminən 4000 namizəd var.

Ən çox sənəd verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki boş yerlərədir.

Burdakı 40 vakant yerə 1033 namizəd sənəd verib.

İddiaçılar üçün ən "yağlı" yer isə, deyəsən, kənd təsərrüfatının krediti ilə bağlı vəzifədir:

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
1 vakant yerə - 79 namizəd.

Dövlət maliyyə nəzarəti də yəqin ki, pis deyil:

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti
2 vakant yerə - 100 namizəd

Sosial müdafiəyə bir az maraq azdır:

Dövlət Sosial Müdafiə Fondu
131 vakant yerə - 400 namizəd

Indiki test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi və Səhiyyə Nazirlikləri üzrə keçirilir.

Müsabiəqnin gücünü özünüz qiymətləndirə bilərsiniz:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında
5 vakant vəzifəyə 190 namizəd,

Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyində
1 vakant vəzifəyə 56 namizəd,

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində 2 vakant vəzifəyə 101 namizəd,

Səhiyyə Nazirliyində 10 vakant vəzifəyə 111 namizəd var.

Test imtahanı kompüter vasitəsilə keçirilir və nəticələri imtahan başa çatdıqdan az sonra namizədlərə təqdim edilməli və Komissiyanın rəsmi internet saytında yerləşdirilməlidir.

Kim ki, bu imtahanda özünü sınamaq istəyir və ya vəziyyəti yerində görmək istəyir, onlar üçün deyək ki, buna hələ imkan var, sənəd qəbulu dekabrın 5-də başa çatır.

Kimin ki, bu təcrübə ilə bağlı fikirləri var, bizə yazın.

Boş hökumət vəzifəsinin test imtahanı ilə tutulması müsbət təcrübədir, ancaq Azərbaycan reallığında bu nə qədər mümkündür?
XS
SM
MD
LG