Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:57

AYB-nin mətbuat katibi Rafiq Tağının qətli ilə bağlı açıqlama verdi


Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu
Azərbaycan Yazıçılar Birliyi (AYB) Rafiq Tağının qətlə yetirilməsini pisləyir və cinayətkarın tezliklə tapılıb cəzalanacağına ümid edir.

Bunu AYB mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu AzadlıqRadiosuna deyib:

“Azərbaycan ədəbiyyatının, yazarının fəaliyyətinə zərər gətirən belə bir hadisəni yaşadığımıza çox təəssüf edirik.

Biz insanların demokratik fikirlərinə qarşı qoyulan hər hansı çərçivənin, xüsusilə də zorakılığın əleyhinəyik.

Hüquq-mühafizə orqanlarının tezliklə bu cinayətin üstünü açacaqlarına və qatilin kimliyini müəyyən etməklə öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini ziyalılar da daxil bütün cəmiyyətə bir daha sübut edəcəklərinə ümidliyik”.

Ədalət Əsgəroğlu deyir ki, bu, mənəviyyata qarşı yönəlmiş, insanlıqdan kənar bir müdaxilədir. Belə hərəkətlər pislənməlidir. AYB Rafiq Tağıya Allahdan rəhmət diləyir.

R.Tağı vaxtilə AYB-nin üzvü olub, amma 2004-cü ildə qurumdan xaric edilib.

Sovet dövrünün məşhur şairi Səməd Vurğun haqda “Qafqazın qartalı Şaumyan belə...” essesi buna səbəb olub.
XS
SM
MD
LG