Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Məşhur yazıçının ilk romanı 70 il sonra çap edildi


Jack Kerouac
Jack Kerouac
Məşhur Amerika yazıçısı Jack Kerouac-ın (Jak Keruak) itmiş sayılan ilk romanı ölümündən 40 il sonra - bu günlərdə çap edilib.

"Beat nəslinin kralı" adlandırılan yazıçı "Dəniz mənim qardaşımdır" romanını 20 yaşı olanda - ticarət donanmasında çalışarkən yazıb. Amma çap etdirməyib.

Roman Kerouac-ın öz yaxın dostu Sebastian Sampas-la yazışmalarına əsaslanır. Müəllif dənizdə başına gələnlər və dənizçi həyatı haqda yazır.

Bu haqda BBC-yə istinadla oxuzali.az xəbər verir.

Kitabın redaktoru Dawn Ward deyir: "Bu kitabın əhəmiyyəti böyükdür. Bu, bir yazar olaraq Jack-ın qələminin necə püxtələşdiyini göstərir.

Yazışmalara əsasən, Jack və Sebastianın öz dövrlərinin görkəmli yazıçı və dramaturqlarının əsərlərini mütaliə etdiyini, ədəbi üslublarda baş verən dəyişikliklərə diqqət yetirdiyini söyləmək olar.

Tapıntı Kerouac-ın yaradıcılığını araşdıran alimləri də təəccübləndirib.

Qaynı əlyazmanı yazıçının arxivində təsadüf nəticəsində tapıb.

"Yazıçının bəzi məktublarında bu adda yazının mövcudluğuna aid qeydlər var. Amma heç kim bunun irihəcmli əsər olduğunu güman etmirdi" - deyə Dawn Ward bildirir.

1922-ci ildə ABŞ-da fransız əsilli ailədə doğulan Kerouac "itirilmiş nəslin" nümayəndəsi olub. Bu nəslin gəncliyi 2-ci Dünya Müharibəsi və ondan sonrakı illərə təsadüf edir.

Kerouac-ın ən məşhur əsəri isə "Yolda" adlanır. Onun yaradıcılığının Amerika ədəbiyyatına çox böyük təsiri olub.

Yazıçının həyatı səfərlərdə keçib, o, Amerikanın bir çox bölgələrini gəzib və müşahidələrini, başına gələnləri yazıb.

O, əsərlərini bloknot vərəqlərinə yazar, sonra isə yazılı səhifələri skoçla bir-birinə yapışdırar, rulon şəklinə salıb özüylə gəzdirərdi.

Kerouac ədəbiyyatda "Beat nəsli" ifadəsini yaratmış şəxsdir.

Bu nəslə aid edilən yazarlar 2-ci Dünya Müharibəsindən sonra özlərinə qədərki bir çox dəyərləri inkar edir, fərdi azadlıq anlayışını romantikləşdirir, materializmi rədd edir, qeyri-ənənəvi cinsi orientasiyaları təqdir edir, spontan həyat sürür, narkotik maddə, spirtli içkilərlə "dostluq" edirdilər.

Başqa sözlə, çağdaş Qərb cəmiyyətində indi artıq oturuşmuş bir çox dəyərlər "Beat nəsli"nin təsiri ilə məhz o zaman formalaşmışdı.

Kerouac-ın özü 1969-cu ildə 47 yaşında alkoqolizmin qurbanı olub.

Keruak-ın əlyazmalarından biri
Keruak-ın əlyazmalarından biri

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG