Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Rəqib fələstin qruplarının liderləri Qahirədə görüşüblər


Qahirədə Fələstin muxtar ərazilərinin prezidenti Mahmud Abbas və Həmas qrupunun siyasi lideri Khaled Mashal arasında görüş olub.

Görüşdə hakim Fəth partiyası və Həmas arasında əlaqələrin bərpası müzakirə olunub.

Hazırda İordan çayının qərb sahili hakim Fəth partiyasının, Qəzzə bölməsi isə Həmasın nəzarətindədir.

Liderlər bu ilin mayında birləşmək barədə müqavilə imzalamaq razılığına gəliblər.

Amma tərəflər keçid hökumətinin sədrliyinə namizədlə bağlı razılığa gələ bilmədiklərinə görə proses ləngiyir.

Yeni seçkiyədək Fələstin müxtariyyətini keçid hökuməti idarə etməlidir.
XS
SM
MD
LG