Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:07

Yəməndə 4 nümayişçi öldürülüb


Yəmənin paytaxtı Sanada 4 nümayişçi öldürülüb.

Prezident Ali Abdullah Salehin tərəfdarları hakimiyyətin verilməsilə bağlı razılaşmaya qarşı çıxan nümayişçiləri atəşə tutublar.

Fars körfəzi regionu ölkələrinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmada hakimiyyətin verilməsi əvəzində prezident Abdullah Saleh və yaxın ətrafının cinayət məsuliyyətinə cəlb edilməməsi nəzərdə tutulur.

Yeni seçkilərədək ölkəni vitse-prezident idarə edəcək.

ABŞ prezidenti Barack Obama razılaşmanı tarixi sənəd adlandırıb və ölkə rəhbərliyini onu təcili həyata keçirməyə çağırıb.
XS
SM
MD
LG