Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Elçin Quliyev: “İşğal olunan torpaqlar narkotik vasitələr üçün istifadə olunur”


Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən narkotik vasitələrin hazırlanması və dövriyyəsi məqsədilə istifadə edir”.

APA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq seminardakı çıxışında deyib.

E. Quliyev bildirib ki, dövlət sərhədinin Ermənistan tərəfindən işğal olunan ərazisinə Azərbaycan nəzarət etmir, bununla da həmin ərazilərdə narkotik vasitələrin hazırlanması və dövriyyəsinə əlverişli şərait yaranır: “Vəziyyətin belə davam etməsi daha ciddi fəsadların baş verməsinə səbəb olacaq”.

DSX rəisi bununla bağlı beynəlxalq təşkilatların da məlumatlandırıldığını qeyd edib.
XS
SM
MD
LG