Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 13:31

Yuliya Timoşenko tibbi müayinədən keçib


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoda həyatına təhlükə ola bilən elə bir xəstəlik aşkar edilməyib.

Bunu ölkənin dövlət penitensiar xidməti bəyan edib.

Kiyevdəki klinikalardan birində aparılmış müayinənin nəticələri diaqnoz və müalicənin təyin edilməsi üçün təcridxanaya göndərilib.

İstintaq təcridxanasında Timoşenkoya baş çəkən parlamentin insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Nina Karpaçeva onun səhətinin kəskin pisləşdiyini bildirmişdi.

Timoşenko oktyabrın 11-də səlahiyyətlərini aşma ittihamıyla 7 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG