Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:38

Rafiq Tağı kim idi ?


Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950-ci ildə Azərbaycanın Masallı rayonunun Xoççobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq, kardioloq-reanimatoloqdur.

1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.

1979-cu ildə Kalinin vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskva şəhəri “Medsantrud” adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. 1990-cı ildən indiyə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləməkdədir. Bu illərdə paralel olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışıb.

Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları ölkə və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.

2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun)” adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə 3 il həbs olunub, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.

“EQO” Yaradıcılıq Ordeninin üzvü, Azad Yazarlar Ocağının üzvü ol

Çap olunmuş nəsr kitabları: “Yanaşı ulduzlar”(1987), “Düşmənimin xatirinə”(1991), “Pozitiv. Neqativ”(1996), “Şahzadə Dipendranın məhəbbəti”(2005), “Ucaboy liliput”(2005), “Gənc qraf Kenterberiyski”(2006).

Kulis.az
XS
SM
MD
LG