Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:42

İlham Əliyev «Bakutel-2011» sərgisinin açılışında iştirak edib


Prezident İlham Əliyev Bakıda keçirilən 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin («Bakutel-2011») açılış mərasimində iştirak edib.

Dövlət başçısı şirkətlərin stendləri ilə tanış olub.

Daha sonra o, «Bakcell» şirkətinin 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsi mərasiminə qatılıb.

Britaniyanın «ITE Group» və onun Qafqazdakı tərəfdaşı «Iteca Caspian» şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, xidmətlər nümayiş etdirilir.

«Bakutel-2011» sərgisində 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir.

Sərgi noyabrın 26-dək davam edəcək.
XS
SM
MD
LG