Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:27

Hakerlər İctimai Televiziyanın saytına hücum ediblər


Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin www.itv.az internet saytı hakerlərin hücumuna məruz qalıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, sayta edilən kənar müdaxilə nəticəsində 14 sentyabr 2011-ci il tarixdə yerləşdirilmiş "Azərbaycanın yeni böyük atlası tərtib ediləcək" başlıqlı xəbərin fotosu-Azərbaycanın xəritəsi dəyişdirilib.Hakerlər saytda Azərbaycanın təhrif olunmuş xəritəsini yerləşdirib. Həmin xəritədə isə işğal altında olan torpaqlarımız Ermənistan ərazisi kimi göstərilir.

"Bu, xakerlərin itv.az saytına məqsədli şəkildə etdiyi ilk hücum deyil. Hadisənin necə törədildiyi araşdırılır. Bu işdə dövlət və qeyri-hökumət təşkilatlarının bizə yardım göstərməyini xahiş edirik", deyə o qeyd edib.
XS
SM
MD
LG