Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 10:12

Hadı Rəcəbli: “Yerli əhali arasında zob xəstəliyi azalıb”

Azərbaycanda duzun yodlaşdırılması ilə bağlı qanunvericiliyin tətbiqindən sonra əhali arasında zob xəstəliyi 3 dəfə azalıb. Bunu Milli Məclisin Sosial siyasət komitəsində “Sosial qanunvericilik: reallıqlar və perspektivlər” mövzusunda keçirilin dinləmələrdə çıxış edən komitənin sədri Hadı Rəcəbli bildirib.

APA-nın məlumatına görə, H. Rəcəbli qida məhsullarının zənginləşdirilməsinin vacibliyini vurğulayıb. O, dünya praktikasına əsasən deyib ki, Çində məhz qida məhsullarının zənginləşdirilməsi nəticəsində ölkə vətəndaşlarının boyu 8 sm artıb.

Dinləmələrdə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, müxtəlif rayonun icra hakimiyyətlərinin təmsilçiləri iştirak edirlər.
This item is part of
XS
SM
MD
LG