Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Sarkisian gələn həftə Tbilisiyə gedir


Gürcüstan prezindeti Mikheil Saakashvili (solda) Tbilisidə ermənistanlı həmkarı Serzh Sarkisianla görüşür, 30 sentyabr 2008
Gürcüstan prezindeti Mikheil Saakashvili (solda) Tbilisidə ermənistanlı həmkarı Serzh Sarkisianla görüşür, 30 sentyabr 2008

Ermənistan prezidenti Serj Sarkisian gələn həftə - noyabrın 29-30-u Tbilisiyə rəsmi səfər edəcək. Ermənistanın prezident aparatı rəsmi məlumatında bildirir ki, “səfər zamanı Ermənistan-Gürcüstan əməkdaşlığını inkişaf etdirən sənədlər imzalanacaq.”

Səfərin eyni tarixini Gürcüstan prezidentinin sözçüsü Manana Manjgaladze də elan edib.

Buna ona görə diqqət yetirilir ki, keçən ay Manjgaladze Sarkisianın noyabrın əvvəlində Gürcüstana səfər edəcəyini bildirmişdi. Ancaq bunu Yerevan dərhal təkzib etdi, bildirdi ki, Sarkisianın Tbilisiyə heç bir səfəri nəzərdə tutulmur.

Tbilisidən və Yerevandan o vaxt verilən bəyanatların bir-birinə zidd olması söz-söhbətə səbəb oldu ki, bununla Sarkisian gürcüstanlı həmkarı Saakashvilinin bəyanatına öz narazılığını bildirir.

Oktyabrın əvvəlində Ermənistanın şimalında güclü yer sürüşməsi nəticəsində 40-a qədər maşın torpağın altında qalnada Ermənistanın apardığı bərpa işləri uzun çəkdi və onda Saakashvili demişdi ki, Gürcüstan hakimiyyəti bu işləri daha tez və səmərəli görərdi.

Media məlumatlarına görə, Saakashvilinin belə deməsi Sarkisianın xətrinə dəyib.

Noyabrın 7-də isə Yerevana gələn Gürcüstanın xarici işlər naziri Grogol Vashadze təkidlə bildirdi ki, Sarkisianın səfəri təxirə salınmayıb, sadəcə olaraq
tərəflər səfəri vaxtında təşkil edə bilməyiblər.
XS
SM
MD
LG