Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Sarkisianın Tbilisiyə səfərinin vaxtı müəyyənləşdi


Sarkisian Saakashvili ilə Yerevanda
Sarkisian Saakashvili ilə Yerevanda
Ermənistan prezidenti Serj Sarkisianın Tbilisiyə səfərinin vaxtı müəyyənləşib.
O, gələn həftə - noyabrın 29-30-u Gürcüstana rəsmi səfər edəcək.
Ermənistanın prezident aparatı bildirir ki, “səfər zamanı Ermənistan-Gürcüstan əməkdaşlığını inkişaf etdirən sənədlər imzalanacaq.”

Səfərin eyni tarixini Gürcüstan prezidentinin sözçüsü Manana Manjgaladze də elan edib.

Buna ona görə diqqət yetirilir ki, keçən ay Manjgaladze elan etmişdi ki, Sarkisian noyabrın əvvəlində Gürcüstana səfər edəcək.
Ancaq bunu Ermənistan tərəfi dərhal təkzib etdi. Yerevan bildirdi ki, Sarkisianın Tbilisiyə heç bir səfəri nəzərdə tutulmur.

Tbilisidən və Yerevandan o vaxt verilən bəyanatların bir-birinə zidd olması söz-söhbətə səbəb oldu ki, bununla Sarkisian Saakashvilinin bəyanatına öz narazılığını bildirir.

Oktyabrın əvvəlində Ermənistanın şimalında güclü yer sürüşməsi olanda, 40-a qədər maşın torpağın altında qalanda Ermənistanın apardığı bərpa işləri uzun çəkdi və onda Gürcüstan prezidenti demişdi ki, Gürcüstan hakimiyyəti bu işləri daha tez və səmərəli görərdi.
Media məlumatlarına görə, Saakashvilinin belə deməsi Sarkisianın xətrinə dəyib.

Noyabrın 7-də isə Yerevana gələn Gürcüstanın xarici işlər naziri Grogol Vashadze təkidlə bildirdi ki, Sarkisianın səfəri təxirə salınmayıb, sadəcə olaraq
tərəflər səfəri vaxtında təşkil edə bilməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG