Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:22

Moody's Ermənistanın reytinqini aşağı salıb


Moody’s reytinq agentliyi Ermənistanın öz xarici borclarının faizlərini ödəyə bilməsinin perspektivlərini mənfi qiymətləndirib.

Ermənistan haqda xüsusi hesabatda Ermənistanın iqtisadi reytinqi aşağı salınıb.
Əvvəlki qiymət “sabit” idisə, indi “mənfi”dir.

Moody’s reytinqin aşağı salınmasına iki səbəb göstərir.

Birincisi, Ermənistanın iki əsas tərəfdaşında – Rusiyada və Avropa Birliyində qlobal iqtisadi böhranla bağlı iqtisadiyyat zəifləyir. Ermənistanın ixracının 58 faizi Rusiyanın və Avropa Birliyinin payına düşür.

İkincisi, qiymətli metallara və qiymətli daşlara dünyada tələbat azalır. Qiymətlər aşağı düşür.

Moody’s yazır: “Ermənistanın ixracının 73 faizini qiymətli metallar və qiymətli daşlar təşkil edir.”

Moody’s hesab edir ki, “Yaxın iki ildə Ermənistanda müəyyən iqtisadi artım ola bilər, ancaq mövcud risklər əhəmiyyətli dərəcədədir”.
XS
SM
MD
LG