Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 11:24

3 Ermənistan vətəndaşı Azərbaycana casusluqda ittiham olunur


Arxiv foto
Arxiv foto
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində 3 şəxsin vətənə xəyanət, daha 3 nəfərin isə bu barədə bilib-məlumat verməmək ittihamı ilə ilkin istintaqı başa çatıb.

İstintaqın gedişində qanuna riayət olunmasına nəzarət edən prokuror ittihamları təsdiq edib.

“Novosti Armenia” Ermənistanın Baş Prokurorluğundan öyrənib ki, ittihama görə, Ermənistanın 3 vətəndaşı – K.Meqrabyan, R.Matevosyan, A.Çtrkyan Türkiyədə olarkən Azərbaycanın xüsusi xidmətlərinin diqqətini cəlb ediblər və onlara əməkdaşlıq təklif olunub.

Mükafat müqabilində onlar Ermənistanın və Dağlıq Qarabağın silahlı qüvvələri, komandir heyəti, texnikası haqda məlumat toplayıb, Azərbaycana verməli idilər.

Onların hər 3-ə vətənə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqa görə daha 3 nəfər onların pul müqabilində kəşfiyyat materialları toplayıb, Azərbaycana verəcəklərini bilirdilər, ancaq bu barədə Ermənistanın hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Onlara qarşı cinayəti bilib-məlumat verməmək maddəsi ilə ittiham qaldırılıb.

Cinayət işləri məhkəməyə göndərilib.

Bu məlumatlara hələlik Bakıdan bir reaksiya məlum deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG