2009-cu ildə «Dini Etiqad Azadlığı haqqında» qanuna edilən əlavə və dəyişlikliklərdən sonra 570 dini icma yenidən qeydiyyatdan keçib.
Bu barədə AzadlıqRadiosuna Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov məlumat verib.
Onun sözlərinə görə, yenidən qeydiyyatdan keçmək üçün dövlət komitəsinə ümumilikdə 800-ə yaxın dini icma müraciət edib. 570 icmanın qeydiyyata alınması təmin olunub,
28 dini icmanın sənədləri qaydasında olmadığından onların dövlət qeydiyyatına alınmasından imtina edilib. Qeydiyyatdan keçən 570 dini icmadan isə 20-si qeyri-islam icmalarıdır.
Hazırda 200-ə yaxın icmanın sənədləri baxış prosesindədir.