Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Beynəlxalq Kosmos Stansiyasının əməkdaşları Qazaxıstana enib

Beynəlxalq Kosmos Stansiyasının üç əməkdaşı “Soyuz TMA-02M” kapsulu ilə sağ-salamat Qazaxıstana enib. Bunu Rusiyanın Missiyaya Nəzarət İdarəsi bildirir.

Missiyanın Moskvadakı sözçüsü deyir ki, heyətlə əlaqə yaradılıb və bütün üzvlər salamatdır.

ABŞ astronavtı Mike Fossum, Yaponiya fəza agentliyindən Satoshi Furukawa, Rusiya kosmonavtı Sergei Volkov Arkalyk şəhərinin şimalında yerə enib.

Üçlük Beynəlxalq Kosmos Stansiyasında beş aydan çox işləyib.

Başqa bir üçlük- amerikalı Dan Burbank, rusiyalı Anron Shkaplerov və Anatoly Ivanishin noyabrın 16-da fəza stansiyasına çatıb və martacan orada işləyəcək.
This item is part of
XS
SM
MD
LG