Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:27

İrana qarşı yeni sanksiyalar tətbiq edilib


ABŞ, Böyük Britaniya və Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.


Britaniya İranın Mərkəzi Bankı da daxil olmaqla, bu ölkənin bütün maliyyə qurumları ilə əməliyyatların dayandırılması barədə qərar qəbul edib.

Kanada İrana neft-kimya, neft və qaz sektorunda istifadə edilən bütün sənaye məhsullarının ixracına qadağa qoyub.

ABŞ-ın İrana qarşı yeni sanksiyaları isə İranın neft-kimya və enerji sektorunu əhatə edir. Sanksiyalar İrana neft-qaz axtarışında və hasilatında yardım göstərən bütün fiziki və hüquqi şəxslərə də şamil olunub.
XS
SM
MD
LG