Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:04

«Eurovision 2012»: Xüsusi tur-paketlər olacaq


Əbülfəs Qarayev
Əbülfəs Qarayev
Azərbaycan Turizm Assosiasiyası yerli turizm şirkətləri və mehmanxanalarla birlikdə «Eurovision 2012» mahnı müsabiqəsi üçün xüsusi tur-paketlər hazırlayır.

Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.

«Orada bütün xidmətlər - Azərbaycan hava limanında qarşılanmadan yola salınmasına qədər xidmətlər bir paket çərçivəsində təqdim olunacaq. Bununla yanaşı, tur-paketlərə şouya olan biletlərin də daxil edilməsi üçün işlər aparılır», - nazir qeyd edib.

Nazir bildirib ki, tur-paketlər hazır olduqdan sonra bu barədə internet vasitəsi ilə məlumat veriləcək. /Trend/
XS
SM
MD
LG