Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:06

BMT İranla bağlı qətnamə qəbul edib


BMT-nin toplantısında İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub. Sənəd Kanada hökuməti tərəfindən hazırlanıb. Qətnamədə İranda insan hüquqları sahəsindəki ciddi pozuntulardan narahatlıq ifadə olunur.

Sənəddə döymə və əl-ayaq kəsilməsi də daxil olmaqla zorakılıqlara, çoxsaylı edamlara, azyaşlıların kütləvi edamına, qadınların, etnik azlıqların diskriminasiyasına, yığıncaq və ifadə azadlığı hüququnun pozulmasına, din azadlıqlarının məhdudlaşdırılmasına, saxlanılan və ya həbs edilmiş şəxslərin prosessual təminat hüququna əməl edilməməsinə diqqət yönəldilir.

Dekabr ayında sənədlə bağlı BMT Baş Assambleyasında səsvermə keçiriləcək.
XS
SM
MD
LG