Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 23:14

2013-cü il üçün proqnoz, müasir milli ideya...


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzeti Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun 2013-cü ilin prezident seçkiləri barədə fikirlərini yazır:

«Mən indidən proqnoz vermək istəmirəm. Amma Azərbaycan cəmiyyətinin hələ bundan sonra da İlham Əliyevə, onun idarəçiliyinə ehtiyacı olduğunu düşünürəm».

«Bizim yol» qəzeti iqtisadçı-ekspert Azər Mehdiyevə istinadən Azərbaycanın bölgələrinin dotasiya hesabına yaşadığını bildirir. Ekspert deyir ki, Bakıdan başqa heç bir şəhərin və rayonun yerli gəlirləri illik xərclərini ödəmir.

«Azadlıq» qəzeti Ziyalılar Forumuna qarşı hücumlara Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin münasibətini dərc edib. E.Quliyev hesab edir ki, «Ziyalı Forumuna qarşı çıxış edənlərin özləri ölkədə sabitliyi pozmağa, ara qarışdırmağa xidmət edirlər».

«Azərbaycan» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Bakinski raboçiy»ə verdiyi müsahibəsini dərc edib. R.Mehdiyev bildirir ki, müasir milli ideyanı zənginləşdirən vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, güclü dövlətin və iradəli liderin varlığına ehtiyac duyur.
XS
SM
MD
LG