Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:14

Mehdi Karoubinin vəziyyəti pisləşib


İran müxalifətinin liderlərindən biri Mehdi Karoubinin vəziyyəti pisləşib. Bu haqda onun rəsmi saytı xəbər yayıb.

Mehdi Karoubi bu ilin fevralından ev dustağıdır. Həyat yoldaşı Fatime Karoubi bildirib ki, təmiz havaya çıxmadığına görə onun nəfəs yollarında problem yaranıb.

Fatime Karoubi ərəb ölkələrindəki inqilabları dəstəkləmək üçün camaatı küçələrə çağırdığına görə fevral ayında həyat yoldaşı ilə birlikdə həbs olunmuşdu. Sonradan azad olunmuşdu.

73 yaşlı Mehdi Karoubi 2009-cu ildə İranda keçirilən prezident seçkisində Mahmud Ahmadinejadın rəqiblərindən biri olmuşdu.
XS
SM
MD
LG