Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 00:51

Rus diplomatının qanında tapılan alkoqolun miqdarı normadan 15 dəfə çox olub


Polşa polisi Rusiya diplomatını yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıb. Diplomatın qanındakı alkoqol miqdarının normadan 15 dəfə çox olduğu aşkarlansa da, diplomatik toxunulmazlığı olduğu üçün polis heç bir tədbir görə bilməyib.

Polisin sözçüsü deyib ki, Qdansk şəhərindən qayıdarkən saxlananda diplomatın qanındakı alkoqolun miqdarı 3 qram olub. Norma isə 0.2 qram imiş. Adı açıqlanmayan iplomatı evinə çatdırmaq üçün xüsusi sürücü çağırılıb.
XS
SM
MD
LG