Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 12:37

Erdogan Assad rejiminin sonun çatdığını deyir


Türkiyə  Baş naziri Recep Tayyip Erdogan  bildirib ki, Suriya prezidenti Bashar al-Assadin hakimiyyətinin sonu çatıb. 
 
Noyabrın 21-də İstanbulda çıxış edən Erdogan deyib ki, Assad hələ ki, tanklara və toplara bel bağlayır, ancaq onun da getməsinin vaxtı gələcək.
 
Son aylarda Türkiyə al-Assad hakimiyyətini  etirazçılara divan tutduğu üçün ciddi tənqid edir. Bu tənqidlərdən Suriyada Türkiyə səfirliyi və konsulluğuna hücum olub, Türkiyə bayrağı yandırılıb.
 
Noyabrın 21-də isə Suriyada Səudiyyə Ərəbistanından qayıdan, Türkiyə vətəndaşlarının olduğu üç avtobus hücuma məruz qalıb. İki nəfər - avtobus sürücüsü və bir zəvvar yaralanıb. Şahidlər bildiriblər ki, Türkiyə-Suriya sərhədində onlara suriyalı hərbçilər atəş açıb.
XS
SM
MD
LG