Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:09

Misirdə üç gün davam edən nümayişlərdə 20 nəfər ölüb


Qahirədə - Təhrir meydanında polislə nümayişçilər arasında üç gün davam  edən qarşıdurma nəticəsində 20 nəfər həlak olub. 1750 nəfər yaralanıb.
 
Xəbəri  bu gün Misirin Səhiyyə Nazirliyi yayıb.
 
Təhlükəsizlik qüvvələri onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz aksiyasıdır. İslahatların ləngiməsinə etiraz edən nümayişçilər hesab edirlər ki, indiki hərbi rəhbərlik hakimiyyəti qoruyub saxlamağa çalışacaq.
 
Noyabrın 28-də Misirdə parlament seçkiləri keçiriləcək.
XS
SM
MD
LG