Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 03:11

Qahirədəki nümayişlərdə 12 adam həlak olub

Misirin paytaxtı Qahirədə - Təhrir meydanında üçüncü gündür etiraz nümayişi davam edir. Polislə nümayişçilər arasında baş verən qarşıdurma nəticəsində şənbə günü 2, bazar günü 10 adam ölüb. Həkimlərin verdiyi məlumata görə, üç gün davam edən qarşıdurma nəticəsində 500 minə yaxın adam yaralanıb.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz nümayişidir.

Ölkədəki gərginlik seçki ərəfəsinə təsadüf edir. Noyabrın 28-də Misirdə parlament seçkiləri keçiriləcək.

İslahatların ləngiməsinə etiraz edən nümayişçilər hesab edirlər ki, indiki hərbi rəhbərlik hakimiyyəti qoruyub saxlamağa çalışacaq.
This item is part of
XS
SM
MD
LG