Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:54

Liviya rəhbərliyi Saif al İslamın ölkədə mühakimə olunmasını istəyir


Liviyadakı müvəqqəti milli şura keçmiş dikdator Muammar Qaddafinin oğlu Saif al islamın Haaqa məhkəməsində yox, ölkədə mühakimə olunmasının tərəfdarıdır.

Bunu bazar günü Liviyanın ədliyyə naziri Muhammed al Alagi bəyan edib.

Haaqadakı beynəlxalq məhkəmənin baş prokuroru Luis Moreno Ocampo bildirib ki, bazar ertəsi Liviya rəhbərliyilə prosesin harda keçirilməsini müzakirə edəcək.

Şənbə günü həbs edilmiş Saif al İslam hazırda Tripolinin 150 kilometrliyindəki Zintan şəhərində saxlanır.

O Liviya üsyanı zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham olunur.
XS
SM
MD
LG