Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:53

Saif al İslamı ələ keçirənlər onu hakimiyyətə vermək istəmirlər


Keçmiş Liviya lideri Muammar Qaddafinin oğlu Saif al İslamı ələ keçirmiş hərbçilər məhkəmə başlanmayınca onu doğma şəhərindən buraxmaq fikrində deyillər.

Onlar həmçinin Saif al İslamın Liviyada mühakimə olunmasını tələb edirlər.

Saif al İslamı Zintan şəhərindən olan döyüşçülər ölkənin cənubunda ələ keçiriblər.

Bundan sonra o Zintan şəhərinə gətirilib, amma yeri məxfi saxlanılır.

Zintan şəhərindəki hərbi şuranın rəhbəri Muhammed al Habash bildirib ki, onun döyüşçüləri Saif al İslamı müvəqqəti milli şuraya vermək istəmirlər.

Liviyanın baş naziri Abdel Rahim al Kib bundan əvvəl onun təhlükəsizliyinə təminat veriləcəyini və məhkəmənin ədalətli olacağını vəd etmişdi.

O həmçinin məhkəmənin harda keçirilməsilə bağlı Haaqa məhkəməsilə müzakirələr aparıldığını bildirmişdi.

Haaqa Məhkəməsi Saif al İslamı Liviya üsyanı zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham edir.
XS
SM
MD
LG