Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 13:12

Əfqanıstanda ABŞ əleyhinə nümayiş keçirilib


Calalabad şəhərində keçirilən aksiyadan görüntü
Əfqanıstanın Calalabad şəhərində ABŞ-ın ölkədə hərbi iştirakının uzadılmasıyla bağlı qərara etiraz olaraq aksiya keçirilib.

Əfqanıstanın milli məclisi, Loya-Cirgənin qəbul etdiyi sənəddə qeyd edilir ki, ABŞ ordusu koalisiya qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk etdikdən sonra da ölkədə qala bilər.

ABŞ əleyhinə şüarlar səsləndirən aksiyaçılar Kabilə gedən yolu bağlayıblar.
Aksiyada mindən çox adam iştirak edib.

ABŞ-la istənilən tərəfdaşlığa qarşı çıxan aksiyaçılar bütün xarici qüvvələrin Əfqanıstandan çıxarılmasını tələb ediblər.
XS
SM
MD
LG