Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:45

Qarakənd səmasında vertolyotun vurulmasından 20 il ötür


Noyabrın 20-də Qarakənd səmasında vertolyotun vurulmasının 20 ili tamam olur.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotu vurulmuşdu.

Hadisə zamanı heyət və sərnişinlərdən - Azərbaycanın görkəmli hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər həlak olmuşdular. Onların arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Daxili İşlər Naziri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev və jurnalist Alı Mustafayev də vardı.

Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
XS
SM
MD
LG