Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:20

Suriyada etirazçılara qarşı hərbi əməliyyatlar davam etdirilir


Suriyanın hökumət qoşunları şənbə günü Hama əyalətindəki Shezar şəhəri və ölkənin şimal-qərbindəki Camal al Zaviyə rayonunda etirazçılara qarşı reydləri davam etdiriblər.

Bu barədə Londonda fəaliyyət göstərən yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Onların sözlərinə görə Zaviyədə elektrik enerjisi və mobil telefon əlaqəsi kəsilib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya hakimiyyətini qan tökülməsinin dayandırılması və islahatlarla bağlı verdiyi vədi yerinə yetirməməkdə ittiham edib.

Məlumatlara görə Böyük Britaniyanın baş naziri William Hague bazar ertəsi Londonda suriyalı hüquq müdafiəçilərilə görüşmək fikrindədir.

Zorakılıqların dayandırılmasıyla bağlı Ərəb Dövlətləri Liqasının Suriya hakimiyyətinə verdiyi vaxt bu gün sona yetir.

Əks halda Suriyanı kəskin iqtisadi sanksiyalar gözləyir.
XS
SM
MD
LG