Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 09:39

Qaddafinin oğlu Saif al islam həbs edilib


Keçmiş Liviya dikdatoru Muammar Qaddafinin oğlu Saif al İslam ölkənin cənubunda həbs edilib.

Bu barədə Liviyanın ədliyyə naziri Mohammed al Alagi məlumat verib.

O Reuters agentliyinə 39 yaşlı Saif al İslamın Tripolinin cənubundakı Obari rayonunda yaxalandığını deyib, amma əməliyyat barədə ətraflı məlumat verməyib.

Qaddafinin özü təxminən bir ay bundan əvvəl öldürülüb.

Həmçinin oğullarından üçünün- Motassim, Khamis və Saif al Arabın öldürüldüyü təxmin edilir.

Qalan 3 oğlu və qızı isə xaricdədilər.

Haaqadakı hərbi tribunal tərəfindən axtarışda olan Saif al İslam Liviya üsyanı zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham olunur.

Hazırda ölkəni idarə edən müvəqqəti milli şuranın liderləri yeni hökumət yaratmağa çalışır.
XS
SM
MD
LG