Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 12:08

«Gənclər Şəhərciyi»ndə elektrik problemi həll edildi


«Abşeron Gənclər Şəhərciyi»ndə elektrik enerjisi ilə bağlı problem həllini tapıb.

Bu barədə AzadlıqRadiosuna sakinlər məlumat veriblər.

Sakinlərdən Şaiq Qəhrəmanov:

««Azərenerji»dən, müxtəlif dövlət qurumlarından şəhərciyə nümayəndələr gəldilər və gecə-gündüz iş aparıldı. İndi işıqlarımız fasiləsiz olaraq yanır».

AzadlıqRadiosu noyabrın 15-də Abşeronda yeni salınan «Gənclər şəhərciyi»ndəki problemlərdən yazmışdı.

Sakinlər işıqların tez-tez söndürülməsi səbəbindən çətin həyat tərzi keçirir, çoxmərtəbəli binalarda odun sobasından istifadə edirdilər.
XS
SM
MD
LG