Keçid linkləri

2025, 31 May, şənbə, Bakı vaxtı 00:53

Türkiyə şirkəti Azərbaycan ordusu üçün Artilleriya Atış Simulyatoru quraşdırıb


Türkiyənin «Havelsan» şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Atış Simulyatoru quraraq istifadəyə verib.

Bu barədə «APA»ya «Havelsan» şirkətindən bildiriblər.

AFOS (Artillery Forward Observer Simulator) adlanan bu simulyator topçu birliklərinin zabitlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Simulyator Türkiyə hökumətinin Azərbaycana hərbi yardım proqramı çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən verilib.

Hazırda AFOS simulyatorundan Türkiyə və Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, Pakistan, Gürcüstan və Türkmənistan orduları da istifadə edir.
XS
SM
MD
LG