Keçid linkləri

Təcili xəbərlər
2023, 31 Mart, Cümə, Bakı vaxtı 17:01

Suriya hakimiyyətinə verilmiş vaxt bu gün sona yetir


Ərəb Dövlətləri Liqasının Suriyaya verdiyi vaxt bu gün sona yetir.

Liqa ölkədə qan tökülməsinin təcili dayandırılmasını tələb edir.
Tələbin yerinə yetirilməyəcəyi halda Suriyanı kəskin iqtisadi sanksiyalar gözləyir.

Türkiyə ilə Birləşmiş Ştatlar xəbərdarlıq ediblər ki, Suriyadakı münaqişə vətəndaş müharibəsinə cevrilə bilər.

Fransa isə bəyan edib ki, prezident Bashar Assad rejiminə qarşı beynəlxalq təzyiqləri artırmaq üçün BMT-nin təhlükəsizlik şurasında Suriyayla bağlı kəskin qətnamə qəbul edilməsinə çalışacaq.

İran isə Suriyaya xarici təzyiqləri pisləyib, Rusiyanın baş naziri Vladimir Putin isə səbrli olmağa çağırıb.

Cümə günü Suriyada baş vermiş toqquşmalarda daha 12 nümayişçi öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG