Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 06:10

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə salınır

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Joe Debono Grech (Malta) və Pedro Agramunt'un (İspaniya) Azərbaycana səfərinin vaxtı dəyişdirilib.

Həmməruzəçilərin səfəri 2012-ci ilin əvvəlinə təxirə salınıb, dəqiq tarix isə bir qədər sonra məlum olacaq. Səfərin vaxtının dəyişdirilməsinin səbəbləri açıqlanmır.

Həmməruzəçi J. D. Grech bir qədər əvvəl «APA»ya açıqlamasında Azərbaycana bu il noyabrın 22-24-də səfər edəcəklərini bildirmişdi.
This item is part of
XS
SM
MD
LG