Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Xaricdə dini təhsil almaq istəyən...


Nahid Məmmədov
Nahid Məmmədov

“Təhsil Nazirliyindən və Dini Qurumlarla İş üzər Dövlət Komitəsindən razılıq almalıdır”

“Dini etiqad azadlığı” haqqında qanuna edilən son dəyişikliklərə görə, azərbaycanlı vətəndaşlar xaricdə dini təhsil almaq istəyirsə, bunu icra orqanları ilə razılaşdırmalıdır. Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Nahid Məmmədovdan məlumat almışıq:

“Konkret olaraq Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən razılıq alınmalıdır. Bunlardan biri Azərbaycan dövlətinin təhsil, digəri din siyasətini yerinə yetirir. Bu adi qeydiyyat prosesidir. Əgər adi təhsil alanlar qeydiyyatdan keçirlərsə, dini təhsil alanlar da keçməlidir”.

HANSISA ÖLKƏYƏ QADAĞA YOXDUR

N.Məmmədov deyir ki, Azərbaycan dövlət hansısa ölkənin hansısa dini təhsil müəssisəsində oxumaq üçün qadağa qoymayıb.

“Sadəcə dövlət tərəfindən bu məsələnin nizama salınmasıdır. Dövlət bilməlidir ki, harada nə qədər tələbəsi oxuyur və onların hüquqlarının müdafiəsi istiqamətində iş aparmalıdır”.

Qeyd edək ki, dövlətin icazəsi olmadan hansısa xarici ölkədə dini təhsil alan şəxsin sonradan Azərbaycanda dini ayin idarə etməsi qadağandır. Bu əmələ görə şəxslər barədə yüksək miqdarda cərimə müəyyən olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG