Keçid linkləri

2024, 19 İyun, çərşənbə, Bakı vaxtı 15:18

Amerikalı iş adamı Ermənistanda uşaqbazlıq ittihamı ilə 15 il azadlıqdan məhrum edildi


Serop Der-Boghossian.
Serop Der-Boghossian.

Erməni mənşəli amerikalı iş adamı uşaqbazlıq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 70 yaşlı Serop Der-Boghossian haqqında bu hökmü noyabrın 18-də Ermənistanın Lori vilayət məhkəməsi çıxarıb. O, «Metal Prins» şirkətinin sahibidir.

Serop Der-Boghossian yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual zorakı hərəkətlərdə təqsirli bilinib. Məhkəmə bu ittiham üzrə nəzərdə tutulan cəzanın maksimum həddini tətbiq edərək onu 15 il azadlıqdan məhrum edib. Bu haqda AzadlıqRadiosunun erməni xidmətinə məlumat verən müttəhimin vəkili deyib ki, hökmlə tanış olandan sonra şikayət verəcəklər.

Serop Der-Boghossian ilkin istintaqda ifadə verməyib. Məhkəmə prosesində isə 50 səhifəlik ifadə verib. Sonra onun vəkillərinə sual vermək imkan yaradılıb. İki vəkilindən biri Tiqran Safaryan müdafiə etdiyi şəxsə sual verməkdən imtina edib.

Prokuror Aram Amirzadyan deyib ki, Serop Der-Boghossian yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual zorakı hərəkətlər ittihamını qəbil etmir. Ancaq zərərçəkənlərlə seksual münasibətdə olduğunu etiraf edir.

Aram Amirzadyan deyib ki, Serop Der-Boghossian törətdiyi əməllərin normal olmadığını etiraf edib: «O zərərçəkənlərdən üzr istəyir. Əməllərinə görə peşmandır», deyə, prokuror bildirib.

Aram Amirzadyan onu da deyib ki, iş adamı ifadəsində zərərçəkənlərə qarşı onların razılığı ilə seksual hərəkətlər törətdiyini bildirib.

Hələ məhkəmə hökmü elan olunmamışdan əvvəl Aram Amirzadyan ittihamın sübut olunacağını düşündüyünü də bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG