Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

Myanmada müxalifət parlament seçkilərində iştirak edəcək


Milli Liqa demokratiya uğrunda Myanmada keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcək. Bunu Milli Liqanın rəhbəri, Myanma müxalifətinin lideri Aung San Suu Kyi bildirib.

Suu Kyinin partiyası 1990-cı ildə keçirilən seçkidə qalib gəlmişdi. Ancaq hərbi rejim seçkinin nəticələrini ləğv etmişdi. Bundan sonra Suu Kyi ev dustağı olmuşdu.

Keçən il hərbçilər ölkədə mərhələ - mərhələ demokratiyanın bərpa olunacağını bildirib. Bundan sonra Suu Kyi də azad olundu.
XS
SM
MD
LG