«NƏZİR-NİYAZLAR MƏNİMSƏNİLİR»
Zərdabın Yuxarı Seyidlər kənd sakini Hacıbaba Məmmədov AzadlıqRadiosunun «Qaynar xətt»inə qonşu Xınaxlı kəndindəki «Veys əl-Qarani» dini icmasının sədri Məzahir Seyidovdan şikayət edib. Deyir ki, Məzahir Səmədov «Veys əl-Qarani» ziyarətgahına daxil olan nəzir-niyazları mənimsəyir:
- Ora gəlir mənbəyidir. İcmanın nizamnaməsinə görə, ora gələn pullarla körpələr, əlillər, qocalar evlərinə yardımlar olunmalıdır. Ancaq o, həmin pulları mənimsəyir.
«İMKAN VERMİR BİZ DƏ ÇÖRƏKPULU QAZANAQ»
Hacıbaba Məmmədovun deməsinə görə, Məzahir Səmədov başqalarının ziyarətgahda çörəkpulu qazanmasına imkan vermir. Deyir, icma sədri ziyarətgahı şəxsi evinə çevirib – ziyarətgahda bir özüdür, bir də həyat yoldaşı:
«Mən də «Quran» əhliyəm, imkan vermir ki, ordan mənə də bir az çörəkpulu, dolanışıq olsun. 3 uşaq atasıyam, ora gəlir mənbəyidir, istəyirəm mən də ordan dolanam. Vaxtilə mənim atam, babam da o ziyarətgahda oturub».
Dini icmanın sədri Məzahir Səmədov isə deyir ki, Hacıbaba Məmmədov özü onunla yola getmir. Səbəb də odur ki, Hacıbaba Məmmədov dini icmaya rəhbərlik etmək istəyir:
Onun qardaşı guya Ağdaşda şeyxin səlahiyyətli nümayəndəsidir, o da qardaşının adından istifadə edir, 2 ildir ki, ziyarətgahda qarışıqlıq salır».
«ƏSTƏĞFÜRULLAH...»
- O deyir ki, Siz ziyarətgaha gələn nəzir-niyazları mənimsəyirsiniz…
- Əstəğfürullah. Burda kassa var, o kassa təftiş komissiyasının üzvlərinin iştirakı ilə açılır. Ziyarətgaha, işığa, yola xərclənir, məscid tikilir, ona xərclənir. Qeydiyyatdan keçmiş dini icmadır. İndi istəyirlər məni burdan aralasınlar, özlərini bura salsınlar. Onların məqsədi ancaq budur».
Hacıbaba Məmmədov isə deyir ki, ziyarətgaha qədəm basan kimi dini icma sədri onu həyətdəki dilənçilərə döydürür:
«Döyülməyimlə bağlı Ağdaş polisinə də şikayət yazdım. Ancaq Məzahir Səmədov müstəntiqlə danışıb işi ört-basdır etdirdi. Müstəntiq qərar çıxartdı ki, cinayət işi başlanması rədd edilsin».
Dini icma sədri isə deyir mən kiməm ki, polisə göstəriş verim. Hacıbaba Məmmədov polisə şikayət etsə də, onun döyülməsi təsdiqini tapmayıb, şikayətə xitam verilib.
Hacıbaba Məmmədov deyir ki, başına gələnlərdən baş prokurorluğa da yazıb. İndi baş prokurorluqdan şikayətinə cavab gözləyir.