Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:53

Azərbaycan ərazisində iki zəlzələ olub


Xəzərin Azərbaycan sektorunda iki zəlzələ olub.

Bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

İlk zəlzələ noyabrın 17-də yerli vaxtla saat 09:39-da Xəzər dənizində, Bakı şəhərindən 230 km cənubi-şərqdə qeydə alınıb. 3.40 maqnitudada, 40 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

İkinci zəlzələ isə noyabrın 18-də saat 01:10-da Xəzər dənizində, Astara şəhərindən 40 km şərqdə 3.1 bal gücündə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.
XS
SM
MD
LG