Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Azərbaycanda illik inflyasiya 8.3%-ə düşüb


Foto: Arxiv
Foto: Arxiv
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ilin analoji dövrünə nisbətən 8.3% bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ərzaq məhsulları 11.1%, qeyri-ərzaq məhsulları 2.7%, xidmət tarifləri isə 4.6% bahalaşıb.

Oktyabr ayında ölkədə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayın səviyyəsində qalıb (1.1%).

Yanvar-sentyabr aylarında inflyasiyanın səviyyəsi 8.4% olub.

Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Azərbaycanda inflyasiyanı 10.3%, Asiya İnkişaf Bankı – 7.5%, Avropa Yenidənqurma və İnkişaf Bankı – 9.1%, Azərbaycan hökuməti isə 5% səviyyəsində proqnozlaşdırır.
XS
SM
MD
LG