Keçid linkləri

2026, 17 Oktyabr, şənbə, Bakı vaxtı 04:02

Lavrov:"Suriyadakı böhran vətəndaş müharibəsinin başlanğıcını xatırladır"

Suriyadakı böhran fərarilərin Dəməşq ətrafındakı hərbi qərərgaha hücumundan sonra vətəndaş müharibəsinin başlanğıcını xatırladır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, beynəlxalq aləm müxalifət də daxil olmaqla bütün tərəfləri zorakılıqlara son qoymağa çağırmalıdır.

Ərəb Dövlətləri Liqası ölkələri ölkədə qanlı repressiyalara son qoyulması və müşahidəçilər qrupununa imkan yaradılması üçün Suriya hökumətinə 3 gün vaxt verib.

Bundan başqa Suriyanın bu təşkilatda iştirakı dayandırılıb.

İclas keçirilərkən Dəmşəqdə Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş səfirliklərinə hücum edilib.

Fransa ilə Mərakeş səfirlərini geri çağırıblar.
This item is part of
XS
SM
MD
LG